Tramp nəhəng kanalı “korrupsioner” adlandırıb və onun satışını tələb edib.
News365.az xəbər verir ki, Warner Bros.-un satışından danışan Tramp bunun korrupsiya olduğunu və CNN-in də satılmalı olduğunu bildirib.
Warner Bros. Discovery-nin satışı davam edərkən, ABŞ prezidenti Donald Tramp şirkətin bir hissəsi olan CNN-in də əl dəyişdirməsi lazım olduğunu müdafiə etdi. Ağ Evdə biznes liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp satışın son mərhələlərində iştirak edə biləcəyini, lakin hazırda prosesə heç bir təsirinin olmadığını bildirib.
Tramp CNN rəhbərliyini sərt şəkildə tənqid edərək, "Məncə, CNN satılmalıdır, çünki mənim fikrimcə, kanalı idarə edənlər ya korrupsiyaya uğramış, ya da bacarıqsızdırlar" dedi . Kanalın ona qarşı "saxta xəbərlər" yayımladığını iddia edən Tramp əlavə edib: "Bu, utancvericidir. Mən həmin şirkətin CNN-i almasını istəməzdim; onların hazırda o qədər pulları yoxdur, lakin təkliflərə əsasən, şirkətin müəyyən dəyəri var . "
Tramp Warner Bros Discovery-nin Netflix və ya Paramount-a satılacağı ilə bağlı prosesi yaxından izlədiyini və proseslərə müdaxilə edib-etməyəcəyinə qərar verəcəyini bildirib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Paramount şirkətinin baş direktoru Devid Ellison Ağ Evə səfəri zamanı Trampa Netflix əvəzinə Warner Bros. Discovery-ni əldə etməyə icazə veriləcəyi təqdirdə CNN-i "tamamilə yenidən quracağına" söz verib.