Tramp: Venesuela milisləri gizli şəkildə təlim keçir

Tramp: Venesuela milisləri gizli şəkildə təlim keçir
22 Sen 2025 21:15

ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Venesuela milisləri gizli hərbi təlimlər keçir. 

News365.az xəbər verir ki, O, bunun ciddi təhlükə yaratdığını vurğulayıb.


Trampın açıqlaması Vaşinqtonla Karakas arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. ABŞ administrasiyası son günlər Venesuelaya məxsus olduğu iddia edilən silahlı qruplara və narkotik daşımaları ilə bağlı fəaliyyətlərə qarşı addımlar atıb.

Venesuela tərəfi isə öz növbəsində milli müdafiə məqsədilə mülki milislərin hazırlığını gücləndirdiyini açıqlayıb.



Sizin reklam burada
Sizin reklam burada