Tramp İrana sanksiyaları bir il müddətinə uzadıb

Tramp İrana sanksiyaları bir il müddətinə uzadıb
06 Noy 2025 23:00

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı birtərəfli sanksiyaları bir il müddətinə uzadıb. 

News365.az xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

“İranla münasibətlər hələ normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli razılaşmaların həyata keçirilməsi prosesi davam edir. Bu, ABŞ və İran arasında Əlcəzair Sazişlərinə aiddir. Bu sazişlər 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər xüsusən də bir-birinin daxili işlərinə qarışmamaq prinsipini nəzərdə tutur”, - deyə Trampın açıqlamasında bildirilir.


Sizin reklam burada
Sizin reklam burada