Tramp maska taxmağı qadağan etdi

Tramp maska taxmağı qadağan etdi
08 İyn 2025 15:55

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki etirazlar fonunda ölkədəki etiraz aksiyalarında maska ​​taxmağın qadağan ediləcəyini açıqlayıb.

Ağ Ev lideri bu barədə özünün "Truth Social" platformasında yazıb.

"İndiki andan etibarən etiraz aksiyalarında maskaların taxılmasına icazənin verilməsi dayandırılacaq. Bu insanlar nəyi və niyə gizlədirlər?" , - Tramp paylaşımında bildirib.

Qeyd edək ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) Los-Ancelesdə qeyri-qanuni mühacirləri aşkarlamaq üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrilib.

Ağ Ev nümayəndələri Los-Ancelesdəki etirazları "qanuna qarşı üsyan" kimi qiymətləndiriblər.


Sizin reklam burada
Sizin reklam burada