Tovuzda "Mercedes" AŞDI: Ölən var - FOTO

Tovuzda "Mercedes" AŞDI: Ölən var - FOTO
24 Mar 2026 17:29

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az  APA-ya istinadla xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada