Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı Röyal paylaşımı ilə diqqət çəkib.
News365.az xəbər verir ki, o, sənətçinin instaqram hesabında aktrisa ilə fotosunu paylaşaraq bunları yazıb:
“Bu gecə yuxumda, Tunuşu gördüm, dedi ki, Röyal, birazdan öləcəm, narahat olma. Dedim, o zaman daha çox zaman keçirək, sənin üçün çox darıxmışam. Güldü və dedi ki, narahat olma, tezliklə görüşəcəyik. Elə gözəl gülürdü ki… Neyləyək, Rəbbimə şükür olsun hər şeyə görə. İnşallah, görüşəcəyik bir gün”.