Tarixdə ilk dəfə evtanaziyalı donordan üz köçürüldü

Tarixdə ilk dəfə evtanaziyalı donordan üz köçürüldü
09:42

İspaniyada pasiyent evtanaziya tətbiq edilmiş donordan alınan üz transplantasiyası sayəsində yeni simaya qovuşub.

News365.az bu barədə "Euronews" telekanalına istinadən xəbər verir.

Məlumata görə, Barselonada yerləşən Val-d"Ebron Universitet Klinikası tarixdə ilk dəfə olaraq evtanaziya tətbiq edilmiş şəxsdən alınan üzün transplantasiyasını uğurla həyata keçirib.

Təxminən yüz mütəxəssisdən ibarət tibbi komanda tərəfindən icra edilən bu prosedur dünya təbabətində mühüm mərhələ kimi qiymətləndirilir. Əməliyyat mürəkkəb transplantasiya və rekonstruktiv cərrahiyyə sahəsində yeni imkanlar açır.

Mütəxəssislərin fikrincə, bu hadisə rekonstruktiv cərrahiyyə və kompleks transplantasiya sahəsində beynəlxalq əhəmiyyətə malik mühüm tibbi nailiyyətdir.

Transplantasiya infeksiya nəticəsində üz toxumalarında ağır nekroz yaranmış pasiyentə tətbiq olunub. Bu vəziyyət onun nəfəs alma, qidalanma və danışıq kimi əsas həyat funksiyalarına ciddi təsir göstərib. Aparılan əməliyyat üzün qismən bərpasına və pasiyentin funksional reabilitasiyasına başlanmasına imkan yaradıb.

Tarixdə ilk dəfə evtanaziyalı donordan üz köçürüldü


Sizin reklam burada
Sizin reklam burada