Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropada fiziki olaraq enerji çatışmazlığı yaşansa belə, Aİ ölkələrinə Rusiya qazını almağa icazə verməyi tamamilə istisna edib.
News365.az-ın TASS-a istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Aİ sammitindən sonra keçirilən mətbuat konfransında verib.
"Bizim aydın bir məqsədimiz var və məqsədimizə sadiq qalırıq. Enerji sektorumuzu yaşıl və Avropada istehsal olunan enerjiyə keçirərək transformasiya etməyə davam edəcəyik", - deyə Avropa Komissiyasının lideri bildirib.