İstanbulun Sultangazi rayonunda borc məsələsi üzündən baş verən dava nəticəsində taksi durağı sahibi S.G. ağır şəkildə döyülərək ayağını sındırıb. Hadisə 25 may tarixində, saat 13:15 radələrində Cebeci məhəlləsində yerləşən taksi dayanacağında baş verib.
News365.az xəbər verir ki, iddialara görə, taksi durağının sahibi S.G.-nin oğlu borc aldığı dostunu pulu ödəmək bəhanəsi ilə durağa çağırıb. Alacaklı şəxs taksi dayanacağına gəldikdə, onunla S.G. arasında əvvəlcə qısa mübahisə yaşanıb. Lakin mübahisə tezliklə fiziki toqquşmaya çevrilib.
S.G. qarşı tərəfə yumruq atdıqdan sonra dava daha da böyüyüb və tərəflər bir-birinə hücum ediblər. Dava zamanı dayanacaqda olan başqa bir şəxs də zərbələrə məruz qalıb. S.G. baş verən arbede zamanı yerə yıxılıb və ayağı qırılıb. Hadisəni törədən şəxs isə dərhal ərazidən uzaqlaşıb.
Yaralı S.G. xəstəxanaya aparılaraq müalicəyə götürülüb. Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. İstanbul polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.