AKP-li Prezident Rəcəb Tayyib Ərdoğan, kürəkəni Selçuk Bayraktarın qurduğu sosial media platforması Next Sosial-a şeirlə qoşuldu.
News365.az-ın məlumatına görə, AKP sədri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, kürəkəni və Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktarın qurduğu Next Sosial platformasında hesab açaraq paylaşım edib.
Ərdoğan Next Sosial-dakı ilk paylaşımında, 1999-cu ildə çıxan şeir albomunda səsləndirdiyi şair Erdem Bayazıtın “Birazdan Gün Doğacaq” şeirindən “Beton divarlar arasında bir çiçək açdı” misrasına yer verib.
News365.az