Pezeşkian İrəvandadır - FOTO

Pezeşkian İrəvandadır - FOTO
15:56

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri başlayıb.

News365.az xəbər verir ki, İran Prezidenti artıq İrəvan şəhərindədir.

Məlumata görə, prezidentin ikigünlük səfəri çərçivəsində ikitərəfli əlaqələrin, xüsusilə də ticarət və iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi, habelə müxtəlif sənədlərin imzalanması nəzərdə tutulur.

Səfər zamanı Pezeşkianın Ermənistan rəsmiləri ilə görüşlər keçirəcəyi və qarşılıqlı maraq doğuran regional məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Pezeşkian Ermənistandan sonra Belarusa səfər edəcək.



Sizin reklam burada
Sizin reklam burada