Süni intellektin bu növü bir şəkillə kişilərin evini YIXACAQ

Süni intellektin bu növü bir şəkillə kişilərin evini YIXACAQ
17:40

Süni intellekt artıq həyatımızın bir parçasına çevrilib: axtarış sistemlərində, mobil tətbiqlərdə, hətta tibb diaqnostikasında belə süni zəkadan, xüsusilə də ChatGBT-nin məsləhətlərindən istifadə edirik.

Evimizdəki əşyaları belə onun məsləhəti və istiqamətləndirilməsi ilə təmir edirik desək, mübaliğə olmaz. Amma günü-gündən inkişaf edən süni intellekt insanın dostu olmaqla yanaşı, bəzi məqamlarda düşməni də ola bilər. Amma düşmənçiliyə keçməzdən öncə daha da təkmilləşdirilmiş və işimizə yarayan yeni tətbiqləri diqqətinizə çatdıraq.

Connectedpapers – elmi məqalə əsaslı araşdırma etmək üçün;

Notebooklm – süni zəka əsaslı qeyd dəftərçəsi(podkast da yaratmaq olur);

Riffusion – süni zəka ilə musiqi bəstələmək üçün;

Napkin – dataları süni zəka ilə vizuallaşdırmaq üçün;

Tineye – hər hansı şəklin internetdə ilk versiyasını və ya ən keyfiyyətli versiyasını tapmaq üçün;

Adamı şəkildən-şəklə salacaq tətbiq gəlir

Ən əsası! Hələ ki yolda olan (Azərbaycana gəlib çıxmayıb) yeni tətbiq GeoSPY. Bu tətbiq şəkillərdə gizlənən sirləri aşkar etmək üçün güclü bir vasitə olacaq. Fotonun çəkildiyi yeri müəyyənləşdirəcək: oradakı binaları, abidələri, hotelləri təyin edəcək.

Hətta şəkilə düşmüş bitki örtüyünün növü, dağların, su hövzələrinin yaxınlıqda mövcudluğu və həmin vaxtkı hava şəraiti haqqında da ipucu verə bilər. Göründüyü kimi bu tətbiq tədqiqatçıların, müstəntiqlərin, ən əsası qısqanc xanımların işinə yaraya bilər.

Elə bir qisim insanları narahat edən də budur: bu qədər bacarığa sahib bir texnologiya müsbət ciddi nəticələr kimi mənfi nəticələrə də gətirib çıxara bilər. Etik prinsiplərin pozulması kimi ciddi məsələlər süni intellektin təhlükəli tərəfləridir.

Başqa sözlə, bu texnologiya bir tərəfdən insanların rifahına, digər tərəfdən isə onun taleyini dəyişə biləcək gücə malikdir.


Sizin reklam burada
Sizin reklam burada