Sudan ordusu RSF-ə məxsus silah anbarına hava zərbəsi endirib.
News365.az xəbər verir ki, Sudan ordusunun Cənubi Darfur ştatının Nyala bölgəsində BƏƏ-nin dəstəklədiyi Çevik Dəstək Qüvvələrinə (RSF) məxsus silah və sursat anbarını hava zərbəsi ilə hədəfə aldığı bildirilir.
Məlumata görə, zərbə anbarın ciddi zədələnməsinə səbəb olub. Hadisə ilə bağlı RSF tərəfindən hələlik rəsmi açıqlama verilməyib.