İzmirin Çeşmə, Buca və Ödemiş rayonlarında başlayan meşə yanğınları ilə mübarizə hələ də davam edir. Çoxsaylı əraziyə yayılan alovlar bir sıra obyektlərə də ziyan vurub.
News365.az xəbər verir ki, tanınmış müğənni Tarkanın keçmiş sevgilisi, vəkil Bilge Öztürkün Çeşmə bölgəsində yerləşən sörf məktəbi də yanaraq tamamilə məhv olub. Öztürk hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edərək bildirib: “Dostlar, çox üzgünüz. Kameralar da yanmadan əvvəlki son görüntülərdir. Aramalara və mesajlara cavab verə bilmirəm.”
Buca rayonunda başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir. Alovlardan üç meşə işçisinin zərər gördüyü, vəziyyətlərinin sabit olduğu bildirilir. İlkin araşdırmalara əsasən, iki inşaat işçisinin spiral alətlə dəmir kəsməsi zamanı yaranan qığılcımın yanğına səbəb olduğu iddia olunur. Həmin şəxslər saxlanılıb, hadisə ilə bağlı istintaq aparılır.