Hazırda ən sərfəli yanacaq növlərindən hesab edilən dizelin qiymətinin yanvardan bahalaşacağı ilə bağlı yayılan iddialar gündəmdədir. Bəs dizel yanacağı gələn ildən bahalaşa bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, qiymət artımı ilə bağlı sürprizlərə hər zaman hazır olmaq lazımdır.
İlqar Hüseynov: “Təhlükəsizlik təminatları yaradıldıqdan sonra uçuşların istifadəsi bərpa olunacaq”
Ekspertin sözlərinə görə, hər il, xüsusilə də yeni il ərəfəsində həm benzin, həm dizel yanacağının bahalaşması müşahidə olunur:
“Bu artıq dövlətin Tarif Şurasının, SOCAR-ın və digər qurumların öz aralarındakı razılaşmalar əsasında qəfil ortaya çıxan məsələlər olur. Proqnozlar əvvəlcədən formalaşdırılır, müəyyən müzakirələr gedir ki, qiymətlər arta bilər. Çünki bunu ərzaqdan tutmuş digər istehlak mallarına qədər bütün sahələrdə görürük. Dizel də istisna deyil.”
İlqar Hüseynli xatırladıb ki, bir müddət əvvəl 80 qəpiyə satılan dizelin qiyməti bir qərarla 20 qəpik artırılaraq 1 manata çatdırıldı ki, bu da 20 faizlik bahalaşma demək idi.
Ekspert gələcək qiymət artımının da mümkün olduğunu istisna etmir:
“Ola bilsin ki, yaxın illərdə dizelin qiyməti 1 manat 10 qəpik, 1 manat 20 qəpik olsun. Bu, proqnozlaşdırılan haldır. Amma bunun dəqiq olaraq 2026-cı ilin yanvarında, yoxsa ilin ortasında baş verəcəyini demək çətindir.”/// KONKRET.az