Şok iddia: İranın nüvə obyektləri mikrodalğalarla məhv ediləcək

Şok iddia:  İranın nüvə obyektləri mikrodalğalarla məhv ediləcək
20 Apr 2024 11:04

ABŞ Hərbi Hava Qüvvələri bölgədə gizli şəkildə İranın nüvə obyektlərinin elektronikasını poza bilən raketlər yerləşdirib. News365.az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.

Müəllif iddia edib ki, elektronikalar insanlar üçün təhlükə yaratmayan mikrodalğalardan istifadə olunaraq məhv ediləcək.

Məqalədə o da qeyd olunur ki, əgər amerikalılar öz planlarını həyata keçirə bilsələr, İranın nüvə obyektləri yararsız hala düşəcək.

Söhbət ABŞ-nin 2019-cu ildən dünyanın müxtəlif yerlərində yerləşdirdiyi "CHAMP" mikrodalğalı raketlərindən gedir. Raketlər hədəf aldıqları istənilən elektron cihazı sıradan çıxara bilirlər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər