Seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb

Seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb
25 May 2025 21:24

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb.

News365.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi yekunlaşıb. MSK mayın 26-da keçiriləcək iclasında yenilənmiş seçici siyahıları ilə bağlı göstəriciləri ictimaiyyətə açıqlayacaq.

Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim etməlidirlər. Dairələr isə ən gec aprelin 5-dək ilkin dəqiqləşdirilmiş siyahıları MSK-ya göndərməlidirlər.

MSK həmin məlumatları ümumiləşdirərək ölkə üzrə vahid seçici siyahısını tərtib edir. Seçicilərin daimi siyahısı isə hər il mayın 30-dək təsdiqlənməlidir.


Sizin reklam burada
Sizin reklam burada