Sadəcə 1 stəkan çay istədi...

Sadəcə 1 stəkan çay istədi...
24 İyl 2025 14:22

Dünyaşöhrətli müğənni Sami Yusuf ötən gün 10 ildən sonra İstanbulda konsert verib.

News365.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, konsertdən əvvəl kulisdə maraqlı anlar yaşanıb.

Bildirilir ki, məşhurların səhnə arxasında saysız-hesabsız tələblərinə baxmayaraq, Sami Yusuf sadəcə 1 stəkan çay istəyib.

Onun bu istəyi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, müğənni konsertində təkcə Türkiyə türkcəsində deyil, həm də azərbaycanca və ingilis dilində də mahnılar səsləndirib.





Sizin reklam burada
Sizin reklam burada