Şabran qəzasında həyat yoldaşı ilə həlak olan şəxs Vətən Müharibəsi qazisidir

Şabran qəzasında həyat yoldaşı ilə həlak olan şəxs Vətən Müharibəsi qazisidir
18 May 2025 17:06

Şabranda baş verən qəzada ölən qadının da kimliyi məlum olub.

Məlumata görə, ölən qadın "Reno"nun sürücüsü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadədir.

Cütlüyün bir qızı var, qadın 2-ci uşağa hamilə olub.

Mərhum Akif Zeynalzadə Vətən Müharibəsi qazisi olub.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

Xatırladaq ki, bu gecə Bakı-Quba yolunun 122-ci km-də, Şabrandan keçən hissəsində baş verən qəzada sürücü (Bakının Xəzər rayonunun Şüvəlan qəsəbə sakini) Akif Səlahət oğlu Zeynalzadə və onun qadın sərnişini həlak olub.


Sizin reklam burada
Sizin reklam burada