Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn edilib

Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn edilib
15:27

Qalıqları Kəlbəcər rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevlə Kəlbəcərdə keçirilən vida mərasimi başa çatıb.

News365.az xəbər verir ki, Y.Əzizov, M.Musayev və Q.Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Sizin reklam burada
Sizin reklam burada