Rusiya və Amerika tərəfləri 2029-cu ildə Marsa birgə missiya göndərməlidir.
Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə SSRİ və ABŞ-nin “Soyuz-Apollon” missiyası çərçivəsində ilk beynəlxalq kosmosa uçuşunun əlli ili tamam olacaq.
“Bəs 2029-cu il ABŞ-Rusiyanın Marsa birgə missiyası ili olacaqmı İlon Mask? Bizim şüurumuz və texnologiyamız bəşəriyyətin məhvinə deyil, onun xeyrinə xidmət etməlidir”, - Dmitriyev bildirib.
O, Maskın 2026-cı ilin sonunda insanabənzər robot olan Optimusun da olduğu kosmik gəminin Marsa uçacağını elan etməsi ilə bağlı paylaşımını belə qiymətləndirib.
Tural