Rusiyadan iddia: “Tramp yolu”na 1000 amerikalı hərbçi gəlir”

Rusiyadan iddia: “Tramp yolu”na 1000 amerikalı hərbçi gəlir”
09:30

““Tramp yolu” boyunca 1000 nəfərlik Amerika özəl hərbi şirkətinin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Bu, açıq şəkildə göstərir ki, söhbət yalnız iqtisadi layihədən getmir. ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsi prosesi yeni mərhələyə qədəm qoya bilər. Gələcəkdə burada hücum helikopterləri, aerodromlar, hava hücumundan müdafiə sistemləri və digər hərbi infrastrukturların meydana çıxacağı ehtimalı istisna edilmir”.

News365.az xəbər verir ki, bu barədə Aleksandr Şirokorad “Svodnaya Pressa”da dərc olunan məqaləsində yazıb. Onun iddiasına görə, Rusiya və İran sərhədlərində Amerika hərbi bazalarının yerləşdirilməsi Moskva və Tehran üçün ciddi təhlükədir.

“Bu proseslər fonunda əsas sual açıq qalır: Azərbaycan, Ermənistan və hətta Gürcüstanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağına dair hansısa zəmanət varmı?” – deyə müəllif bildirir.

Picture background

Müəllifə görə, Türkiyənin Xəzər dənizinə çıxışı Orta Asiyaya birbaşa yol açaraq “Böyük Turan” ideyasını reallaşdırmaq üçün mühüm imkanlar yarada bilər. “Gələcəkdə Xəzər dənizində türk hərbi gəmilərinin – Azərbaycan və ya Türkiyə bayrağı altında – görünməsi də istisna edilmir”, – deyə məqalədə qeyd olunur.

Göründüyü kimi, Rusiya bu proseslərdən üç əsas səbəbə görə narahatdır. Birincisi, Orta Dəhliz və Zəngəzur istiqamətində formalaşan yeni logistika xətti Moskvanın Cənubi Qafqaz üzərindən tranzit və nəzarət imkanlarını zəiflədir və Rusiyanı regional nəqliyyat arxitekturasından kənarlaşdırır. İkincisi, ABŞ və NATO-ya yaxın strukturların bölgədə mövcudluğunun artması Rusiya və İran sərhədləri yaxınlığında təhlükəsizlik balansını Moskvanın ziyanına dəyişə bilər. Üçüncüsü isə Türkiyə–Azərbaycan strateji yaxınlaşmasının dərinləşməsi Rusiyanın Cənubi Qafqazda uzun illər formalaşdırdığı siyasi və hərbi təsir mexanizmlərini sıradan çıxarmaq potensialı daşıyır.

Picture background

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a şərhində bildirib ki, Rusiya postsovet məkanı ölkələrinə qarşı siyasətində indiyə qədər yol verdiyi yanlışlıqlar üzündən bu bölgədə nüfuzunu xeyli itirib. Bu vəziyyətin yaranmasının günahkarı Rusiyanın özüdür:“Rusiya Cənubi Qafqaz ölkələri də daxil keçmiş ittifaq respublikalarını sıxdışdırdıqca, bəzilərinin ərazilərini belə işğal etdikcə, region ölkələri təbii ki, təhlükəsizliklərinin daha etibarlı təminatı yollarını aramağa başlayırlar. Onların bəziləri NATO ilə yaxınlaşma xəttini götürməyə məcbur olurlar, bəziləri ikitərəfli qaydada özünə yaxın bildiyi dövlətlərə hərbi müttəfiqliyə can atırlar. Konkret Azəbaycana gəldikdə, Azərbaycan Türkiyə ilə qardaş ölkədir və bu qardaşlıq Şuşa Bəyannaməsi ilə hərbi müttəfiqlik müstəvisini də özündə birləşdirir. Azərbaycan NATO ilə də müxtəlif proqramlar daxilində əmkdaşlıq edir. Lakin dəfələrlə bəyan edilib ki, Azərbaycanın NATO üzvü olmaq niyyəti yoxdur. Azərbaycanın Tükiyə ilə hərbi müttəfiqliyi, NATO ilə əməkdaşlığı Rusiyaya qarşı deyil. Bunu da Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Azərbaycan dünyandakı çox mürəkkəb geosiyasi proseslərin, beynəlxalq hüququn işləmədiyi bir dövrdə öz təhlükəsizliyini gücləndirir. Bu isə üçüncü ölkəyə qarşı deyil”.

O ki, qaldı Zəngızur dəhlizinin təhlükəsizliyi üçün Amerika hərbçilərinin cəlb olunacağı barədə iddialara, ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan müstəqil dövlətdir ərazilərindən keçəcək həmin yolun təhlükəsizliyini necə təmin etmək bu ölkələrin hüququdur. Hazırda ABŞ ilə Azərbaycan və ABŞ ilə Ermənistan arasında əraziyə hansısa sayda Amerika hərbçilərinin yerləşdirilməsi barədə müqavilə, sənəd mövcud deyil. Rusiya tərəfi həmişə olduğu kimi yenə də ciddi əsas olmadan xoflanır”./// musavat


Sizin reklam burada
Sizin reklam burada