Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: 49 ölü

Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: 49 ölü
24 İyl 2025 12:59

Rusiyanın Amur vilayətində göyərtəsində 46 sərnişinin olduğu An-24 təyyarəsi yoxa çıxıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Xabarovsk-Blaqoveşensk-Tında reysi ilə uçan təyyarə ilə əlaqə kəsilib.

***

An-24 təyyarəsinin qalıqları Tında şəhərindən 15 km aralıda tapılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, An-24 yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 10:00) qəzaya uğrayıb.

Təyyarədə 49 nəfər – 43 sərnişin, 6 heyət üzvü olub.

Ölü və yaralılar barədə məlumat verilməyib.



Sizin reklam burada
Sizin reklam burada