Yeni il korporativ tədbirlərində şou əhlinin
yaxşı pul qazana biləcəyi ən uğurlu aydır. Təbii ki, ölkəmizdə olduğu kimi
xarici ölkələrdə, xüsusən də Rusiyadakı soydaşlarımızın Yeni il qonararı yəqin
ki, hər kəs üçün maraqlıdır.
News365.az xəbər verir ki, Rusiyada
məşhur olan azərbaycanlı ifaçılar arasında yüksək qonorar tələb edənlər də az deyil. Məsələn
JONY və reperlər HammaAli & Navai korporativ tədbir üçün müvafiq olaraq 6 və
5 milyon pul istəyir. Bundan başqa, “RAAVA
Music” leyblinin prodüseri olan Elman Zeynalovun çıxışı 2,5 milyona başa gələcək.
Emin Ağalarov isə 1,5 milyona çıxış edə bilər.
Amma rusiyalı şou əhli kifayət qədər
çox qonorar tələb edir. Beləliklə, "Ruki verx" Yeni il layihələrində
iştirakın dəyəri 23 milyon rubla çata bilər. Bundan əlavə, Yeni il korporativ şənliklərində
populyarlıq və qonorar baxımından ilk beşliyə reper Basta və Anna Asti daxil
olub. Bu sənətçilərin Yeni il tamaşaları 10 milyon rubl və ya daha çox başa gəlir.
Valeriya, Stas Mixaylov, Nikolay Baskov və Dima Bilanın çıxışlarının dəyəri beş
milyon rubla çatır.
News365.az