Rusiyanın Xüsusi Əməliyyat Zonası(SVO) adlandırdığı Ukrayna cəbhəsində “Pantsir” zenit sistemi üçün yeni mini raketlərdən uğurla istifadə olunub. Bu barədə TASS-a “Rostex” dövlət korporasiyasından məlumat verilib.
Qeyd edilib ki, sursat bütün dövlət sınaqlarından keçib və artıq seriyalı istehsala başlanılıb.
Korporasiya nümayəndələrinin sözlərinə görə, yeni sursat kiçik dronlara qarşı yüksək effektivlik nümayiş etdirib. Bu dronlardan tez-tez bu gün cəbhədə həm kəşfiyyat, həm də zərbələr üçün istifadə olunur. Bu cür hədəflərin uğurla məhv edilməsi hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş idarəetmə sistemi sayəsində mümkün olub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural