“Mən artıq bir ildir ki, bu müharibə (Rusiya - Ukrayna müharibəsd) üzərində işləyirəm və həmin müddət ərzində səkkiz başqa münaqişəni həll etmişəm. Hindistan – Pakistan, Ermənistan - Azərbaycan və digər müharibələr”.
News365.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə DW-yə bildirib.
"ABŞ bu işdən nə qazanır? Biz nə qazanırıq? Ölüm, dağıntı ilə üzləşən və köməyimizi qiymətləndirməyən insanlara külli miqdarda pul sərf edirik. Mən NATO-dan danışıram. Mən Avropadan danışıram. Onlar bizimlə yox, Ukrayna ilə məşğul olmalıdırlar. ABŞ çox uzaqdadır. Bizi böyük, gözəl bir okean ayırır. Bu, bizim müharibəmiz deyil.
Bu, ABŞ-a fayda vermir. Amma bunlar insan ruhlarıdır. (...) Bu, dəhşətli bir müharibədir. İkinci Dünya Müharibəsindən bəri ən dəhşətlisi. Əgər davam edərsə, miqyasına görə onu üstələyəcək. İtkilərin sayı heyrətamizdir. Onlar bu barədə danışmaq istəmirlər. Həm Ukrayna, həm də Rusiya çoxlu insan itirib", - deyə Tramp bildirib.