Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.
News365.az xəbər verir ki, İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb.
Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə atəş açıb.
General sağ qalıb və xəstəxanaya yerləşdirilib.