Bu ilin birinci rübünün nəticələrinə görə, Rusiya Federasiyası işsizlik səviyyəsinə görə dünyanın ən böyük iqtisadiyyatına malik ölkələri arasında ikinci olub. Bu barədə Rusiya mediası milli statistika xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Yanvar-mart aylarında Rusiyada işsizlik səviyyəsi 2,3%-ə çatıb. Reytinqdə lider mövqeyi əmək qabiliyyətli əhalinin 2,2%-nin işsiz qaldığı Meksika tutur. Yaponiya ilk üçlüyü 2,5%-lə qapayıb.
2025-ci ilin əvvəlində dünyanın ən böyük iqtisadiyyatına malik ölkələr arasında 3%-dən aşağı işsizlik yalnız Cənubi Koreyada qeydə alınıb. Siyahıda işsizliyin ikirəqəmli səviyyəyə çatdığı yeganə ölkə Cənubi Afrika Respublikasıdır (32,9%).
Tural