Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə "Qazprom Ermənistan" məlumat yayıb.
"Şimali - Cənubi Qafqaz" tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən "Kazax-Saquramo" hissəsində (DN 1000) qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan 26-ı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda bildirilir.
Qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.