Rusiya ABŞ-ni hiyləgərlikdə ittiham etdi

Rusiya ABŞ-ni hiyləgərlikdə ittiham etdi
24 İyl 2025 17:26

Vaşinqton Cənubi Qafqazda nəqliyyat blokadasının aradan qaldırılması üçün “unikal” həllin olduğunu deyəndə hiyləgərlik edir.

News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

    Zaxarova qeyd edib ki, ABŞ Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində görüləndən yeni bir şey təklif edə bilməz.

    O, təəssüflə vurğulayıb ki, qərblilərin destruktiv təsiri üzündən Üçtərəfli Qrupda iş Ermənistan hakimiyyətinin mövqeyinə görə dayandırılıb.



    Sizin reklam burada
    Sizin reklam burada