Ruhani və Zəriflə bağlı ev həbsi iddiaları gündəm yaratdı - FOTOLAR

Ruhani və Zəriflə bağlı ev həbsi iddiaları gündəm yaratdı - FOTOLAR
10:17

İranın sabiq prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin həbsi barədə məlumat əyani şəkildə təkzib olunub. 

News365.az xəbər verir ki,  bu barədə ilk iddia "Cedal" youtube verilişində səslənmişdi.

Millət vəkili Əbülqasem Cərare və siyasətçi Meysəm Nadi ikilinin ev həbsində olduğunu bildirmişdi.

Hər iki şəxsin dəftərxanası bu iddianı təkzib etsə də, İsrailin "Channel 14" telekanalı bu məlumatı bir daha efirdə yayımlamışdı.

"Channel 14" Zərifin Rza Pəhləvi ilə əlaqə yaratdığını və Ruhanini bu barədə məlumatlandırdığını bildirmişdi.

Yanvarın 20-də Həsən Ruhani və Cavad Zərif Tehranda keçirilən hüzr mərasimində görünməklə iddiaları alt-üst ediblər.


Sizin reklam burada
Sizin reklam burada