Rubio bu səbəbdən London səfərini ləğv etdi

Rubio bu səbəbdən London səfərini ləğv etdi
11:53

ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı Rusiya kimi tanımaqdan imtina etməsinə dair sözlərindən sonra Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların aparılacağı Londona səfərini ləğv edib.

News365.az xəbər verir ki, bu barədə "The New York" Times məlumat yayıb .

Böyük Britaniya paytaxtında görüş bu gün, aprelin 23-də baş tutacaq. ABŞ-ni Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq təmsil edəcək. Dövlət Departamentinin sözçüsü Tammy Bruce Rubionun qərarını onun iş qrafikinin çox olması ilə əlaqələndirib.

"Bu, onun cədvəlindəki texniki məsələlərə aiddir".

“The Wall Street Journal” yazıb ki, Parisdə Avropa və Amerika rəsmiləri ilə danışıqlar zamanı Ukraynaya ABŞ-ın sülh yolu ilə nizamlanması üçün hazırladığı təklif təqdim edilib. Bu, Rusiyaya qarşı iki əsas tələbi ehtiva edir: Krımın Rusiya Federasiyasına məxsusluğunun tanınması və NATO-ya üzv olmaqdan imtina. Zelenski atəşkəs qüvvəyə minən kimi Rusiya ilə danışıqlara açıq olduğunu, lakin “Ukraynanın Krımın işğalını hüquqi olaraq tanımadığını” deyib.


Sizin reklam burada
Sizin reklam burada