Azərbaycan ərazisində xarici filmlərin istehsalına xərclənən məbləğlər AÇIQLANDI

Azərbaycan ərazisində xarici filmlərin istehsalına xərclənən məbləğlər AÇIQLANDI
11 İyl 2025 16:33

"Geri ödənilmənin şərtləri arasında Azərbaycan ərazisində xarici filmlərin istehsalına xərclənən minimum məbləğlər bədii filmə 200 min dollar, sənədli filmə 50 min dollar,  animasiya filmlərinə 100 milyon dollar təşkil etməlidir”. 

Bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov 2025-ci il tarixində Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi" ilə bağlı media konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Filmlərlə bağlı YENİ QAYDA – Xərclərin 40 faizi geri QAYTARILACAQ


O, bildirib ki, geri ödəniş (rebeyt) proqramı daha çox geniş büdcəli filmləri əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.


Sizin reklam burada
Sizin reklam burada