RİA Novosti Azərbaycanı 1,2 milyard dollarlıq itki ilə hədələdi

RİA Novosti Azərbaycanı 1,2 milyard dollarlıq itki ilə hədələdi
03 İyl 2025 10:55

Xəbər verdiyimiz kimi Rusiyada hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı başlatdığı kampaniyalar iki ölkə arasında münasibətlərin soyumasına səbəb olub. Yerli mediada bir neçə gündür ki, hədə və absurd iddialarla dolu məqalələr dərc olunur. Məsələn, RİA Novosti nəşri növbəti dəfə hədə dilində məqalə dərc edib. Nəşr yazıb ki, guya Azərbaycan Rusiya bazarını itirərsə, 1,2 milyard dollar gəlirdən məhrum olmaq riski ilə üzləşəcək. 

Məqalədə qeyd olunub ki, 2024-cü ildə Azərbaycan 26,6 milyard dollarlıq məhsul ixrac edib ki, bunun da təxminən 1,2 milyard dolları və ya 4,4 faizi Rusiyaya tədarük edilib.

"Həmin dövrdə Rusiyanın ixracı 433,1 milyard dollar təşkil edib. Eyni zamanda, burada Azərbaycana ixracın cəmi 0,8%-i və ya 3,6 mlrd olub",- nəşr iqtisadi hədələrdən şişirdilmiş formada yazıb. 

Qeyd edək ki, Ukrayna ilə gərgin müharibə fonunda ağır sanksiylarla üzləşən Rusiya indi iqtisadi cəhətdən daha çox qonşularına ehtiyac duyur. Bu məsələlərdə Azərbaycan isə Rusiya üçün mühüm tranzit ölkə kimi qalır.

Tural 


Sizin reklam burada
Sizin reklam burada