Qonşular arasında hasar davasına son: Qanun nə deyir? -AÇIQLAMA

Qonşular arasında hasar davasına son: Qanun nə deyir? -AÇIQLAMA
12:27

Qonşu ilə torpaq davasına son: Həyətinizi nə qədər və necə hasarlaya bilərsiniz? – Vəkillərdən vacib xəbərdarlıq

Şəxsi torpaq sahəsini çəpərləmək və ya yeni hasar tikmək sadə proses kimi görünsə də, hüquqi qaydalara riayət olunmadıqda ciddi mübahisələrə və hətta cərimələrə səbəb ola bilər. Bəs mövcud qanunvericilik həyət hasarlarının hündürlüyü və tikinti icazəsi ilə bağlı nə deyir?

Məsələyə aydınlıq gətirən vəkil Ramil Süleymanov News365.az-a bildirib ki, bu prosedurlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə dəqiq tənzimlənir.

Xəbərin əsas məqamları:

  • Maksimal hündürlük həddi: Məcəllənin 73-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən xüsusi hallar müəyyən edilməyibsə, çəkilən hasarın hündürlüyü 2 metr 20 santimetrdən artıq ola bilməz.

  • Meyilli və relyefli torpaqlarda ölçü qaydası: Əgər iki qonşu pay torpağı fərqli səviyyələrdə (biri nisbətən yuxarıda, digəri aşağıda) yerləşirsə, normativ hündürlük torpağın hasar çəkilən hissəsinin ən yuxarı nöqtəsi əsas götürülərək hesablanır.

  • İcazə tələb olunurmu? Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə uyğun olaraq, 2.20 metrdən hündür olmayan hasarların tikintisi üçün İcra Hakimiyyətindən xüsusi icazə sənədi almağa ehtiyac yoxdur.

  • Məlumatlandırma icraatı: İcazə tələb olunmasa da, vətəndaş prosesi özbaşına aparmamalıdır. Tikintiyə başlamazdan əvvəl aidiyyəti İcra Hakimiyyəti organına rəsmi məlumat təqdim edilməlidir. Müraciətdən sonra 10 gün ərzində qurum tərəfindən hər hansı etiraz və ya irad bildirilməzsə, mülkiyyətçi rahatlıqla tikinti işlərinə başlaya bilər.


Sizin reklam burada
Sizin reklam burada