Azərbaycanda qiymətləndirmə sisteminin əsası subyektiv qərarlardan imtina edilərək biliklərə əsaslanan modelə keçidlə qoyulub.
News365.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 İllik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, bu yanaşma Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanır və bu gün İlham Əliyev tərəfindən davam etdirilir.
Sədr əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına verdiyi töhfələr qiymətləndirmə sisteminin humanist və ədalətli modelə çevrilməsində mühüm rol oynayıb.