OT-2439 yedək gəmisinin qəzasından sonra Krasnoyarsk diyarında Yenisey boyunca suyun üzəri dizel yanacağı ilə örtülüb. Bu barədə RİA Novosti Kazaçinski rayon administrasiyası və Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsinə istinadən məlumat yayıb.
"Neft layı hadisə yerindən təxminən 30 kilometr uzağa qədər gedib çıxır və artıq Kazaçinski rayonunun Kurbatovo kəndi yaxınlığında da çirklənmə qeydə alınıb. Çayın yatağı qismən çirklənib - neft məhsulları əsasən sağ sahildə, sahil zonasında cəmləşib, orada sahildə və arxa hissədə olan sularda toplanıb qalıb", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
"Rosmorrechflot" bildirib ki, Yenisey çayında sürətli keçiddən keçərkən gövdəsini zədələmiş OT-2439 yedək gəmisi ilə bağlı fövqəladə hadisə nəticəsində itki yoxdur.
Qeyd edək ki, bir gün əvvəl Krasnoyarsk diyarında Yeniseydə teploxod tipli gəmidən 10-15 ton dizel yanacağı suya dağılıb.
Tural