Qəbələdə maşın piyadanı vuraraq öldürüb

Qəbələdə maşın piyadanı vuraraq öldürüb
12:16

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 23-də axşam saatlarında qeydə alınıb.

Belə ki, Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi KIA markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan News365.az -ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi başlanılıb, istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada