Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağladı

Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağladı
17:56

Bu gündən Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağlayıb. 

News365.az xəbər verir ki, bu barədə “Rosqranstroy” öz teleqram səhifəsində məlumat yayıb. 

Məlumata görə, buna səbəb həmin ərazidən keçən Bersuat çayının daşmasıdır. Nəticədə Rusiya ilə sərhəddəki “Jelkuar” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb. Mənbə qeyd edir ki, həmçinin Rusiyanın Çelyabinsk vilayətində yerləşən “Mariinski”  avtomobil keçid məntəqəsində də nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Əhaliyə tövsiyə edilir ki, Rusiya-Qazaxıstan sərhədindən keçidlərin planlaşdırılması zamanı bunu nəzərə alsınlar. 


Sizin reklam burada
Sizin reklam burada