Əməkdar incəsənət xadimi Vidadi Babanlı vəfat edib.
News365.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Şərəf" ordenli V.Babanlı bu gün 98 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.