"Rusiya-Ukrayna müharibəsinin yolu sülh sazişidir" - Tramp

"Rusiya-Ukrayna müharibəsinin yolu sülh sazişidir" - Tramp
16 Avq 2025 15:28

Ukraynadakı münaqişəyə son qoymağın ən yaxşı yolu təkcə atəşkəs deyil, sülh razılaşmasıdır və onun bütün həmsöhbətləri bu fikirdədir.

News365.az xəbər verir ki,  ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

“Hər kəs belə qənaətə gəlib ki, Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolu böyük ölçüdə uğursuzluğa düçar olmuş atəşkəslə bağlı danışıqlar aparmaqdansa, birbaşa olaraq müharibəyə son qoyan sülh sazişi üzrə danışıqlar aparmaqdır”, - Amerika lideri qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada