"Qarabağ"ın komandası beynəlxalq turnirin qalibi oldu

"Qarabağ"ın komandası beynəlxalq turnirin qalibi oldu
07 İyl 2024 17:53

"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.

 Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli “Trans Narva” ilə üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən "köhlən atlar" beynəlxalq turnirin qalibi olub.

Qeyd edək ki, U-16-nın baş məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovdur.


Youtube kanalımız

Oxşar xəbərlər