Qanunsuz tikililər söküldü - VİDEO

Qanunsuz tikililər söküldü - VİDEO
12:46

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Ə.N.Gəncəvi küçəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Bu barədə News365.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.



Sizin reklam burada
Sizin reklam burada