Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə Prezident Vladimir Putinə təşəkkür edib.
News365.az xəbər verir ki, bu barədə diplomat etimadnaməsinin təqdimetmə mərasimində bildirib.
“Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, sülh prosesinə belə fəal dəstək verir. Mən onu (Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı – red.) vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkünsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik”, - R.Mustafayev deyib.