Cəbhə xəttində sabitlik yaranmadığından Rusiya ilə Ukrayna arasında danışıqlar mümkünsüz olur. Bu barədə Almaniyanın “Der Spiegel” nəşri ukraynalı politoloq Vladimir Fesenkoya istinadən yazıb.
Ekspertin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin əvvəlinə kimi xüsusi hərbi əməliyyatda Rusiyanın sürətli qələbəsini gözləyirdi.
Politoloq qeyd edib ki, hazırda Ağ Evin yeni seçilmiş rəhbəri Donald Trampın Moskva ilə Kiyev arasında silahlı qarşıdurmanın həlli üçün sülh planı yoxdur.
Bundan əlavə, nəşrin həmsöhbətinin sözlərinə görə, Rusiya tərəfi çox sərt danışıqlar mövqeyi tutur ki, bu da, guya nəinki dialoqun başlamasını, həm də onun uğurla başa çatmasını çətinləşdirir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural