Putin hərbi xidmətlə bağlı fərman imzalayıb

Putin hərbi xidmətlə bağlı fərman imzalayıb
09:05

Putin 2026-cı il hərbi təlimləri üçün ehtiyatdakı vətəndaşların çağırışını təsdiqləyib. 

News365.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə keçiriləcək hərbi hazırlıq təlimlərinə ehtiyatda olan vətəndaşların çağırılmasını nəzərdə tutan fərman imzalayıb.

Sənədə əsasən, ehtiyatda olan şəxslər müəyyən olunmuş qrafik üzrə hərbi toplanışlara cəlb ediləcək.

Fərmanın detalları və çağırışın hansı kateqoriyalara şamil olunacağı yaxın günlərdə Müdafiə Nazirliyi tərəfindən açıqlanacaq.



Sizin reklam burada
Sizin reklam burada