Polkovnik Rixter: "Kurskun işğalı Kiyevə baha başa gəldi"

Polkovnik Rixter: "Kurskun işğalı Kiyevə baha başa gəldi"
15 Mar 2025 10:30

Ukrayna Silahlı Qüvvələrinin (VSU) Kursk vilayətinə yeridilməsi Ukraynaya heç bir üstünlük verməsə də, bu prosesə çoxlu kadr ehtiyatı sərf olundu. Bu gediş Ukrayna tərəfinin Donbassdakı mövqelərini zəiflətdi. Bundesverin istefada olan polkovniki və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin tədqiqatçısı Volfqanq Rixter bu barədə Focus-a müsahibəsində bildirib.


"Eyni zamanda, hələ indi aydın olur ki, Kursk əməliyyatı son nəticədə Kiyevə heç bir əhəmiyyətli fayda gətirməyib. Əksinə, əməliyyat çoxlu sayda insan ehtiyatının prosesə cəlb edilməsinə başa gəldi",- o deyib.

Rixterin sözlərinə görə, Ukrayna tərəfi üçün vəziyyət ciddi və ümidsiz görünür. O qeyd edib ki, hazırda vacib məsələ Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hərbi dildə “qaynar qazan” adlandırılan vəziyyətdən çıxmasıdır. Polkovnik vurğulayıb ki, Ukrayna hakimiyyəti Kursk vilayətindəki vəziyyətə görə ərazilərin mübadiləsi haqqında danışmaq imkanını itirib.

Qeyd edək ki, Kurskda ukraynalı hərbçilər məğlub duruma düşüblər. Bundan əvvəl Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada