Polislərdən 92 yaşlı əlilə qarşı amansızlıq - FOTOLAR(VİDEO)

Polislərdən 92 yaşlı əlilə qarşı amansızlıq - FOTOLAR(VİDEO)
21 May 2025 11:56

Böyük Britaniyada polis 92 yaşlı əlil kişiyə qarşı bibər qazı və elektroşok cihazından istifadə edib. Bu barədə BBC məlumat yayıb. İnsident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Qeyd edilib ki, 92 yaşlı, ayağı amputasiya olunmuş Donald Berges adlı əlil Şərqi Sakseksdəki qocalar evində yaşayırmış. Əlil arabasında olan Berges 21 iyun 2022-ci ildə qocalar evinin işçilərini hədələyib. O, əlindəki balaca bıçağı işçilərə verməkdən imtina edib. Məhz bu səbəbdən işçilər polisə müraciət ediblər. Hadisə yerinə gələn zabitlər Stiven Smit və Reyçel Komotto işçilərdən hadisənin təfərrüatlarını soruşmadan və vəziyyəti daha sakit yolla həll etməyə cəhd etmədən dərhal yaşlı kişiyə yaxınlaşıblar.

"Onlar yaşlı kişini tərksilah etmək üçün Smiti dəyənəklə vurublar. Bundan öncə isə əlilin üzünə bütöv bir bibər qazı balonunu boşaldıblar. Komotto daha sonra gicəlləndirici silah sayılan elektro şokdan istifadə edib və bu silahdan istifadə kameraya da düşüb. Kadrlardan aşkar görünür ki, yaşlı kişi əlil arabasında olduğu və çox güman ki, fiziki orientsiyasını itirdiyi üçün təhlükə yaratmayıb", - nəşr yazıb.

Berges insidentdən sonra xəstəxanaya yerləşdirilib. O, xəstəxanada COVID-19-a yoluxub və 22 gün sonra ölüb. İttiham tərəfi iddia edir ki, kişinin vəziyyəti və yaşını nəzərə alınsa, ona qarşı bu formada güc tətbiqi əsassız və həddindən artıq artıq hərəkət olub. Prokuror zabitlərin əməlləri ilə ahıl kişiyə faktiki fiziki xəsarət yetirdiyini, lakin onun qayğısına qalmadıqlarını vurğulayıb. Polis əməkdaşlarının hansı cəzaya məruz qalacağı açıqlanmır.


Tural


Sizin reklam burada
Sizin reklam burada