Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək
22 May 2025 20:00

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək.


News365.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.


O bildirib ki, təlimlər mayın 26-da Konyada başlayacaq və dörd gün davam edəcək.


Hazırlıqlar Konya şəhərində baş tutacaq.


Xatırladaq ki, mayın 14-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. Mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.


Sizin reklam burada
Sizin reklam burada