Polislər bir neçə gündür ki, hind quşunu tuta bilmirlər

Polislər bir neçə gündür ki, hind quşunu tuta bilmirlər
16 Apr 2025 17:30

ABŞ-də maraqlı hadisə baş verib. New York Post-un yaydığı məlumata görə, Manhetten polisi bir neçə gündür ki, qəzalara səbəb olan və insanları qorxudan hind quşunun tutulması ilə məşğuldur.

Nyu-Yorkun "lələkli məşhur"u artıq ləqəb də alıb. Ona "Rosie" adı verilib. Hind quşu Manhettenin biznes bölgəsində gəzərək sözn həqiqi mənasında xaosa səbəb olub. 

"Quş son bir neçə gündə nəqliyyatın hərəkətini iflic etməyə, elit evlərin eyvanlarına qonaraq insanları narahat etməyə və onlarla polis əməkdaşını özünə cəlb etməyə nail olub", - nəşr yazıb.

Yerli media yazır ki, hind quşunu tutmaq cəhdləri artıq komediya şousuna çevrilib: "Çərşənbə axşamı səhər saatlarında Nyu-York şəhərinin 15 polisi 58-ci küçədə quşu mühasirəyə almağa cəhd göstərib. Rozi mahir şəkildə təqibdən yayındı, ağacların budaqları arasında gizləndi. O, hətta polis furqonunun üstündən uçdu".

Tural


Sizin reklam burada
Sizin reklam burada